AZ

Polşadan vətəndaşlarına çağırış: Tiflisdə ehtiyatlı olun!

Polşanın Gürcüstandakı səfirliyi öz vətəndaşlarına çağırış edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bununla bağlı səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

"Əcnəbilərin saxlanması halları ilə əlaqədar olaraq, vətəndaşlarımızdan mitinqlərə getməməyi, potensial təhlükəli yerlərdən uzaq durmağı və hüquq-mühafizə orqanlarının göstərişlərinə əməl etməyi xahiş edirik ", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, son günlər Tiflisdə hökumətə qarşı etiraz aksiyası geniş vüsət alıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
200
3
milli.az

10Mənbələr