AZ

Onlarla insan aşan reklam lövhəsinin altında qaldı

Maharaştra ştatının Mumbay şəhərində toz fırtınası zamanı reklam lövhəsinin aşması nəticəsində ən azı 8 nəfər ölüb, 70 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, daha 30 nəfərin isə aşan strukturun altında qaldığı ehtimal edilir.

Odur ki, ölü və yaralı sayının artacağı istisna edilmir.

Reklam lövhəsi yanacaqdoldurma məntəqəsinin qarşısında yerləşib. İnsident zamanı nəhəng lövhə birbaşa insanların və avtomobillərin olduğu yanacaqdoldurma məntəqəsinə düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
2
publika.az

3Mənbələr