AZ

Paşinyanın Azərbaycanla bağlı bəyanatı erməniləri qəzəbləndirib - KİV

Ermənistan hakimiyyətinin bir neçə kəndin Azərbaycana qaytarılması ilə bağlı bəyanatı bir çox ermənini qəzəbləndirib.

Turanpress.org xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan Daxili İşlər Nazirliyi İrəvanda polisin 88 etirazçını həbs etdiyini açıqlayıb. Etirazçılar bir neçə sərhəd kəndini Azərbaycana keçirmək qərarına gələn baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər.

“Ermənistan bu yaxınlarda bir neçə kəndin Azərbaycana təhvil verildiyini elan etdi və bunu iki qonşu arasında sülh sazişinin əldə olunması istiqamətində mühüm irəliləyiş adlandırdı. Bu, bir çox ermənilərin qəzəbinə səbəb oldu. Arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi etirazçılar mayın 9-da bir neçə günlük 160 kilometrlik yürüşdən sonra paytaxta daxil olub və etiraz aksiyaları keçirirlər”, – agentlik yazır.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
4
turanpress.com

5Mənbələr