AZ

Xaçmazda DƏHŞƏTLİ HADİSƏ: Yaralılar var

Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var.



Hadisə Xaçmaz-Quba yolunun Hacıəlibəy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


“VAZ 2104” və “Chevrolet Cruze” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində Xaçmaz rayonu, Şıxlı kənd sakini 1989-cu il təvəllüdlü Hüseyinova Fidan Salman qızı, Mürşud-oba kənd sakini, 2008-ci il təvəllüdlü Hüseyinov Kənan Rəşad oğlu və Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Abbasov Vahid Şahbaz oğlu xəsarət alıblar.


Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Faktla bağlı araşdırma aparılır.//report

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
258
6
referans.az

10Mənbələr