AZ

Ukrayna məğlub olarsa, bərpa ediləcək heç nə qalmayacaq – NATO-nun baş katibi Yens Stoltenberq

Ukraynanın yenidən qurulması məsələsini həll etmək üçün ilk növbədə onun münaqişədə qələbəsini təmin etməlidir.

Editor.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, Ukrayna məğlub olarsa, bərpa ediləcək heç nə olmayacaq: “Müharibədən sonra Ukraynanın bərpasına gəlincə, biz ilk növbədə onun qalib gəlməsini təmin etməliyik.

Əgər Ukrayna qalib gəlməsə, o zaman azad və müstəqil Ukraynada bərpa olunacaq heç nə olmayacaq”, – baş katib YouTube-da yayımlanan NATO Gənclər Sammitində deyib. O, ölkənin yenidən qurulması məsələsinin gələcəkdə çox vacib olacağını, lakin indi əsas prioritetin münaqişədə qələbə olduğunu vurğulayıb. Stoltenberq əlavə edib ki, məhz bu səbəbdən alyans ölkələrinin Ukraynaya göstərdiyi dəstəyi gücləndirmək lazımdır. Onun sözlərinə görə, NATO həmçinin Ukraynaya müdafiə və təhlükəsizlik institutlarını bərpa etməyə və ölkəyə hər cür dəstək verməyə hazırdır.

Xatırladaq ki, Dünya Bankının, BMT-nin, Avropa Komissiyasının və Ukrayna hökumətinin fevral proqnozuna görə, Ukraynanın bərpası 486 milyard dollara başa gələcək. Bu məbləğin 17 faizi mənzil tikintisinə, 15 faizi nəqliyyata, 14 faizi ticarət və sənayeyə, 12 faizi kənd təsərrüfatına, 10 faizi enerjiyə ayrılmalıdır. Bütün sektorlarda dağıntıları təmizləmək üçün 11 milyard dollar tələb olunur.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
252
27
editor.az

10Mənbələr