AZ

Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək

14-16 may tarixlərində Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar kəmərin marşrutu boyu yerləşən və bu xətdən qidalanan kəndlərə, eləcə də Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsi dayandırılacaq.

Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, eyni zamanda Abşeron, Binəqədi, Yasamal, Nəsimi və Səbail rayonları ərazilərində də suyun verilişi rejimlərində tənzimləmələr aparılacaq.

Qeyd edək ki, bu müddətdə Ceyranbatan Sutəmizləyici Qurğularında emal olunan və şəbəkəyə ötürülən suyun həcmi artırılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
408
50
qaziler.az

10Mənbələr