AZ

Alimlər zəlilərdən təsirlənərək yeni bir cihaz hazırlayıblar

Alimlər zəlilərdən təsirlənərək insanlarda qan toplanmasını asanlaşdıracaq yeni bir cihaz hazırlayıblar.

"Cebhe.info" xəbər verir ki, İsveçrə Federal Texnologiya İnstitutunun alimləri tərəfindən hazırlanmış cihaz xəstənin yuxarı qoluna və ya kürəyinə yerləşdirilir.

Sorma fincanı formalı qabın içərisində kənardan kiçik təzyiq tətbiq edildikdə dəriyə nüfuz edən mikro iynələr var. Beləcə cihaz, sözün əsl mənasında, damarlardan qanı qısa müddətdə qaba doldurur. 

“Advanced Science” jurnalında dərc edilən araşdırmada cihazın qiymətinin çox ucuz olduğu, buna görə də malyariya kimi xəstəliklərlə mübarizə aparan yoxsul Afrika ölkələrində effektiv şəkildə istifadə oluna biləcəyi vurğulanıb. Bundan əlavə, konteynerin içindəki mikro iynələr qan toplamaqda istifadə olunan böyük iynələrlə müqayisədə yaralanma riskini minimuma endirir.

Alimlər əslində cihazı başqa bir araşdırmaya əsaslanaraq dizayn etdiklərini bildirib. 

Onlar bəzi dərmanları ağızın içini örtən selikli qişa vasitəsilə qana daşıyan bir vantuz hazırlayarkən, belə bir cihazın qan toplama prosedurlarında istifadə edilə biləcəyini də anladıqlarını ifadə ediblər.

Alim David Klein əvvəlki layihədə zəlilərin necə qan udduğunu araşdırdıqlarını və cihazı bu modelə uyğun hazırladıqlarını söyləyib.

2,5 santimetrlik qabın xarici hissəsi silikondan, mikro iynələr isə poladdan hazırlanıb. Bununla belə, tədqiqatçılar gələcəkdə onu tamamilə təkrar istifadə edilə bilən materiallardan istehsal etməyi hədəfləyirlər.

Hələlik alimlər cihazı yalnız donuzlar üzərində sınaqdan keçiriblər. Akademiklər layihəni genişləndirməyi və cihazı insanlar üzərində sınaqdan keçirməyi planlaşdırdıqlarını bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
3
cebheinfo.az

8Mənbələr