AZ

Hansı ölkələrin liderləri Bakıya gələcək…

Bu il Bakı mötəbər beynəlxalq tədbirə evə sahibliyi edəcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Bu tədbir vasitəsi ilə Bakı iki həftə ərzində dünyanın müxtəlif ölklərindən gələn qonaqlara ev sahibliyi edəcək.  

 

Viral.az COP29-la bağlı ictimaiyyəti maraqlandıran suallara cavab axtarıb.

 

COP nədir?

 

COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun – Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib.

 

COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürüb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb.

Tədbirin məqsədi nədir?

 

2015-ci ildə dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub.

 

Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb. Bu sənədi 2016–cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti ardından, keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

 

COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olur.

 

Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar.

 

İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər.

COP-a qatılan məşhur şəxslər kimlərdir?

 

COP bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbirdir.

 

COP tədbirlərində, adətən, gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir. COP-a əvvəlki illərdə müxtəlif ölkələrin prezidentləri və digər rəsmi şəxslər dəvət edilib.

 

Ötən il Dubayda keçirilən COP28-ə ABŞ Prezidenti Co Bayden dəvət alsa da, səbəb göstərmədən qatılmayıb, amma tədbirə Böyük Britaniya Kralı III Çarlz, BMT-nin Baş Katibi Antonio Quterreş, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, Hindistanın Baş Naziri Narendra Modi, Fransa Prezidenti Emmanuel Makron olub.

 

Tədbirə həmçinin ABŞ vitse-prezidenti Kamala Harris, Bill və Melinda Qeyts Fondunun həmsədri Bill Qeyts, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Almaniya kansleri Olaf Şolz qatılıb.

 

COP 27-də isə ABŞ Prezidenti Co Bayden, BMT-nin Baş Katibi Antonio Quterreş və s şəxslər iştirak edib.

 

COP 29-da isə iştirak edəcək rəsmilərin siyahısı açıqlanmayıb. Amma Prezident İlham Əliyev Azərbaycana səfər edən dövlət adamlarına və rəsmi məktub göndərilmiş şəxslərə iştirakla bağlı məktub göndərilib.

 

Onu da qeyd edək ki, Azərbaycanda keçiriləcək COP29-un gündəliyi hələ məlum deyil. Gündəliyin 2024-cü ilin mayında Almaniyada keçiriləcək Petersberq İqlim Dialoqu zamanı müəyyən olunacağı gözlənilir.

 

Nə qədər insanın iştirakı gözlənilir?

 

2023-cü ildə Dubayda keçirilən COP28 tədbirində rəsmi rəqəmlərə görə, 70 min xarici qeydiyyatdan keçirb. Qeyri rəsmi rəqəmlərə görə, bu tədbirə qatılanların sayı 100 mindən çox olub.

 

Rəsmi olmayan xəbərlərə görə, 97,372 nümayəndə şəxsən COP28-də iştirak etmək üçün qeydiyyatdan keçib və bu, tarixdəki ən çox iştirakçının qatıldığı COP tədbiri olub.

 

Bu rəqəm 2022-ci ildə Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən COP27-yə qatılanlardan demək olar ki, iki dəfə artıqdır.

 

Bundan başqa COP28-ə 3,074 nəfər virtual olaraq qoşulub və ümumi iştirakçı sayı 100 mini keçib.

 

Azərbaycana da təqribən 70-80 min xarici qonağın gələcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
258
12
viral.az

9Mənbələr