AZ

Premyer Liqada nəfəskəsən mübarizə: Dörd klubun avrokubok şansları - TƏHLİL

Azərbaycan Premyer Liqasında çıxış edən komandalar avrokuboklarda çıxış etmək üçün son 2 turda gərgin mübarizə aparmalı olacaqlar.
 
“Qarabağ” daha öncədən çempionluğunu rəsmiləşdirdiyi üçün Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəyə start verəcək.
 
Hazırda ilk üçlükdə yer alan “Neftçi” və “Sumqayıt” isə turnir cədvəlindəki yerlərini qoruyaraq avrokuboklara yollanmaq niyyətindədir. Hazırda aktivində 54 xalı olan “Sumqayıt” növbəti turda “Sabah”la səfər görüşündə üz-üzə gələcək. Ondan 1 xal geri qalan “Neftçi” isə “Səbail”lə qarşılaşacaq. Hərəyə 52 xalı olan “Zirə” ilə “Sabah” isə 4-5-ci yerləri bölüşür. Avrokuboklara yollanmaq istəyən “Sabah” “Sumqayıt”la görüşdə mütləq qalib gəlməlidir.
 
Maraqlıdır ki, Azərbaycan Kubokunun finalında “Qarabağ” “Zirə” ilə görüşəcək. Əgər “köhlən atlar” final görüşünün qalibi olsalar və qızıl dubl etsələr, Premyer Liqada 2-ci pillədə qərarlaşan komanda UEFA Avropa Liqasının təsnifat mərhələsinə, 3 və 4-cü pillədəki komandalar isə Konfrans Liqasına yollanacaqlar.
 
Əgər “Zirə” qalib gələrsə, komanda Premyer Liqanın turnir cədvəlində aşağı pillələrdə qərarlaşsa belə, UEFA Avropa liqasına gedəcək. Liqanın 2 və 3-cü pillələrində qərarlaşan komandalar isə Konfrans Liqasına gedəcəklər.
Qeyd edək ki, 35-ci turda “Qarabağ” “Turan Tovuz”la mayın 17-də, “Kəpəz” “Zirə” ilə, “Sabah” “Sumqayıt”la, “Səbail” “Neftçi” ilə mayın 18-də, “Qəbələ” isə “Araz-Naxçıvan”la mayın 19-da üz-üzə gələcək.
 
Son turda isə bütün oyunlar mayın 26-da saat 20:00-da keçiriləcək. “Araz- Naxçıvan” “Qarabağ”la, “Neftçi” “Sabah”la, “Sumqayıt” “Qəbələ” ilə, “Turan Tovuz” “Kəpəz”lə, “Zirə” isə “Səbail”lə qarşılaşacaq. /Oxu.az/
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
20
moderator.az

10Mənbələr