AZ

"Kapital Bank"ın dəstəyi ilə “My Technology” layihəsinə start verildi

Ölkənin birinci bankı "Kapital Bank"ın dəstəyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin 10 və 11-ci sinif şagirdlərini, eləcə də onların müəllimlərini əhatə edən “My Technology” müsabiqəsinə start verilib. 

"Unikal" xəbər verir ki, müsabiqənin məqsədi məktəblilər arasında sahibkarlıq düşüncəsinə malik olan şagirdləri müəyyənləşdirmək, onların bu sahədə daha da maariflənməsinə və motivasiya edilməsinə dəstək olmaqdır. Layihə çərçivəsində şagird və müəllimlər müsabiqə şərtlərinə cavab verən layihələrini 20 may 2024-cü il tarixinədək təqdim etməli və qeydiyyatdan keçməlidirlər. 

Qeydiyyat üçün link: https://forms.gle/4X2YLqY4q5eweHudA

Layihə 2024-cü il üzrə ölkənin 5 regionunu: Abşeron-Xızı, Gəncə-Qazax, Dağlıq Şirvan, Quba-Xaçmaz və Naxçıvan iqtisadi rayonlarını əhatə edəcək. 

Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
603
3
unikal.az

4Mənbələr