AZ

Nazir: Azərbaycanın nəqliyyat gəlirləri 4,2 mlrd. manata yaxınlaşıb



2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 4 milyard 184,1 milyon manata yüksəlib.

aia.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

O bildirib ki, nəqliyyat gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 21% artıb. Belə ki, 2023-cü ildə bu rəqəm 3 milyard 467,4 milyon manat təşkil edib.

aia.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
18
aia.az

10Mənbələr