AZ

NASA-ya “Boeing” xəbərdarlığı: Fəlakət riski var

NASA-ya “Starliner” kosmik gəmisi üçün hissələri təmin edən “ValveTech” şirkəti mayın 17-də baş tutması planlaşdırılan buraxılışdan əvvəl xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, şirkət kosmos agentliyini fəlakətli bir şey baş verməzdən əvvəl təhlükəsizlik yoxlamalarını iki dəfə artırmağa və protokolları yenidən nəzərdən keçirməyə çağırıb.

Mayın 6-da baş tutması planlaşdırılan buraxılış texniki nasazlıq səbəbindən uçuşa iki saat qalmış ləğv edilib.

“Starliner” insanları Beynəlxalq Kosmik Stansiyaya və Yerin aşağı orbitindəki digər nöqtələrə çatdırmaq üçün nəzərdə tutulub. “ValveTech”-in prezidenti Erin Faville mətbuata açıqlamasında buraxılış meydançasında fəlakət riski səbəbindən ikinci buraxılışa cəhd etməməyi qətiyyətlə tövsiyə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
3
publika.az

3Mənbələr