AZ

Vətəndaşlara bank kartları ilə bağlı XƏBƏRDARLIQ! - Şəxsi məlumatlar... - RƏSMİ

Həftəsonları ayrı-ayrı vətəndaşların bank kartlarından oğurluq edilib. 

Olaylar.az bildirir ki, bu barədə DİN-dən məlumat verilib.

Qeyd olunub ki, pul vəsaitləri bank kartlarından onlayn qaydada başqa-başqa xarici hesablara köçürülüb:

"Şənbə və bazar günləri ayrı-ayrı vətəndaşlara məxsus 4120 avro, 1950 manat, 500 manat, 900 manat, 50 manat, 8400 manat, 2500 manat, 231 dollar, 306 manat, 10 manat, 142 manat, 250 manat, 1200 manat, 140 manat, 199 manat, 970 manat, 9582 manat, 120 manat, 1550 manat, 224 manat, 1940 manat, 100 manat, 2300 manat, 95 manat, 4035 manat, 1200 manat, 180 manat pul vəsaitlərini bank kartlarından onlayn qaydada başqa-başqa xarici hesablara köçürülməklə naməlum şəxslər tərəfindən oğurlanıb.

Hər bir fakt kart sahibinin ehtiyatsızlığından, şəxsi məlumatları tanımadığı şəxsə ötürməsindən və hansısa bahalı əşyanı ucuz qiymətə almaq niyətindən baş verib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
282
45
olaylar.az

10Mənbələr