AZ

Azərbaycan və Bolqarıstan strateji tərəfdaş ölkələrdir - ŞƏRH

Hazırda Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər.Azərbaycan və Bolqar xalqları arasındakı tarixi bağlar bu əlaqələrin təməlində dayanan mühüm amillərdəndir.

Sentyabr ayının 30-da dövlət başçısı İlham Əliyevin Bolqarıstana etdiyi səfər Azərbaycan - Avropa İttifaqı əməkdaşlıq əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Ölkələr arasında 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığın davamlılığını təmin edir. Qeyd edək ki, Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırıb və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır.O cümlədən, hər iki ölkə arasında indiyədək nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Hazırda Azərbaycan qazı artıq Bolqarıstana ixrac olunur və bu ixracın həcminin artırılması məsələsi gündəmdədir.

Azərbaycan və Bolqarıstan ölkə rəhbərləri arasında keçirilmiş geniştərkibli görüşdən sonra dövlətimizin başçısı cənab İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında qeyd etdi ki, enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, amma indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Rusiya-Ukrayna müharibəsi Avropa ölkələrinin alternativ enerji mənbələri axtarışlarını daha da intensivləşdirib. Belə ki, artıq Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya Bolqarıstana müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər. Məhz buna görə Azərbaycan əlindən gələni edir ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Bu gün isə təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcək.

Bununla yanaşı işğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.Bütün bunlarla bərabər, Azərbaycanla Bolqarıstan arasında indiyədək iqtisadi sahələri əhatə edən bir sıra önəmli sənədlər imzalanıb.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
413
7
sesqazeti.az

10Mənbələr