AZ

Sabah Bakıda yağış yağacaq - PROQNOZ

Bakı. Trend:

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasənyağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdəqısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənənşimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyiilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13°, gündüz 14-17° olacaq. Atmosfertəzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 60-70 %, gündüz 55-60% olacaq.

Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağışyağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensivolacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qaryağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayimqərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14°, gündüz 15-18°,dağlarda gecə 0-5°, gündüz 5-8° olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
273
49
az.trend.az

7Mənbələr