AZ

"PAŞA Kapital"da ciddi azalma - aktivləri 58 milyon manat "əriyib"

"PAŞA Kapital İnvestisiya Şirkəti" 2023-cü ili 2,4 milyon manat xalis mənfəətlə bitirib ki, bu da əvvəlki illə müqayisədə 32,3% və ya 1,13 milyon manat azdır.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə investisiya şirkətinin illik audit hesabatında bildirilib.

Şirkət 2022-ci il üzrə 3,5 milyon manat xalis mənfəət əldə etmişdi. 2023-cü ildə "PAŞA Kapital"ın faiz gəlirləri 77,6% artaraq 2,04 milyon manata yüksəlib. Qeyri-faiz gəlirləri isə əksinə, 15% və ya 996 min manat azalaraq 5,6 milyon manata enib. 

Şirkətin haqq və komissiya gəlirləri isə 78,8% artaraq 3,3 milyon manata çatıb. 2022-ci ildə bu rəqəm 1,85 milyon manat olub. 

Ümumilikdə şirkətin qeyri-faiz gəlirlərində azalma, əksinə, qeyri-faiz xərclərində isə artım onun mənfəətinə təsir edib. Nəticədə, investisiya şirkətinin əməliyyat mənfəəti ötən il illik müqayisədə 1,4 milyon manat azalaraq 3,02 milyon manata enib. 

"PAŞA Kapital”ın 2023-cü ildə aktivləri demək olar ki, yarıbayarı (47%) azalıb.  Belə ki, 31 dekabr 2023-cü il tarixinə investisiya şirkətinin cəmi aktivləri 58 milyon manat “əriyərək” 65,9 milyon manata enib. Bu əsasən avans ödənişlərlə bağlıdır. İnvestiya şirkətinin kassasında olan nağd vəsaitlərin azalması aktivlərə təsir edib. 

Həmçinin, investisiya şirkətinin cəmi öhdəlikləri 2023-cü ildə 113,5 milyon manatdan 52,01 milyon manata enib. Bu isə 2,2 dəfə azalma deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2
iqtisadiyyat.az

3Mənbələr