AZ

“Apple” “Siri” üçün inqilabi yeniləmə hazırlayır

Müəllif:Ayşən İmanova/Banco.az

"Apple" “WWDC 2024” sərgisində “Siri”nin generativ süni intellekt texnologiyasına əsaslanan tamamilə yenilənmiş versiyasını nümayiş etdirəcək.

Banco.az xəbər verir ki, yeni “Siri” sorğuları və konteksti anlamaq üçün təkmilləşdirilmiş imkanlara malik olacaq, həmçinin məşhur “ChatGPT” çatbotu kimi internetdən alınan məlumatlarla işləməyi öyrənəcək. Bundan əlavə, o bütün daxil olan mətn mesajlarını və bildirişləri təhlil edə və anlaya biləcək.

Yeni “Siri”nin əsas üstünlüklərindən biri onun məxfiliyinin artması olacaq. “Apple”dan verilən məlumata görə, sorğuların əksəriyyəti buluda göndərilmək əvəzinə birbaşa cihazda işlənəcək və bu, onları daha təhlükəsiz edəcək.

Qeyd edək ki, “WWDC 2024” konfransının 10-14 iyun tarixində keçirilməsi nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
6
banco.az

7Mənbələr