AZ

"Putinin növbəti kuklasıdır", "illüziyaya qapılmayaq" - Şoyqunun xələfinə xaricdən REAKSİYALAR

"Belousov Putinin daha bir kuklasıdır".

 

Modern.az xəbər verir ki, bunu Böyük Britaniya müdafiə naziri Qrant Şapps deyib.

 

"Rusiyaya nazirliyin keçmiş rəhbəri Sergey Şoyqunun “355 mindən çox əsgərinin ölümü” və ukraynalıların “kütləvi əzabları” şəklində “fəlakətli irsini” ləğv edəcək müdafiə naziri lazımdır, lakin bütün bunların əvəzinə Putinin başqa bir kuklası əldə olunacaq”, - Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Andrey Belousovun Rusiya Müdafiə Nazirliyinin rəhbəri təyin edilməsi ehtimalını belə şərh edib.


 
Litva Prezidenti Gitanas Nauseda da Belousovun qarşıdan gələn təyinatı barədə danışıb. Onun sözlərinə görə, Müdafiə Nazirliyində kadr dəyişikliyi “daxili bazar üçün” və Ukraynada Rusiya müharibəsini davam etdirmək üçün edilir: “Gəlin Vladimir Putinin hansısa sülh danışıqlarına hazır olduğuna dair illüziyalara qapılmayaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
21
modern.az

10Mənbələr