AZ

"Bank VTB Azərbaycan"ın Mərkəzi Banka borcu 1 milyon manatdan çox artıb

"Bank VTB Azərbaycan"ın bu ilin yanvar-mart aylarında Mərkəzi Bank və dövlət fondları qarşısında öhdliklərinin həcmi 53 milyon 703 min manat təşkil edib.

Valyuta.az bu barədə "Bank VTB Azərbaycan"ın maliyyə hesabatına istinadən xəbər verir.

Bu, 2023-cü ilin sonu ilə müqayisədə 1 milyon 44 min manat, yaxud da 1,9 % çoxdur. 

Bununla yanaşı, "Bank VTB Azərbaycan"ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin həcmi 9 milyon 219 min manat təşkil edib, bu, 2023-cü ilin sonu ilə müqayisədə 2 milyon 576 min manat, yaxud da 22 % azdır.

Qeyd edək ki, "Bank VTB Azərbaycan" 2024-cü ilin yanvar-mart aylarını 2 milyon 202 min manat mənfəətlə başa vurub. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 24,4%, yaxud da 712 min manat azdır.

Nara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
valyuta.az

3Mənbələr