AZ

13 mayda bu şəxsiyyətlərimiz xatırlanır


Bu gün - mayın 13-ü bir neçə tarixi şəxsiyyətimizin anadan olduğu və bəzilərinin dünyasını dəyişdiyi tarixdir.

Missiya.Az
 onları təqdim edir:


1. 1096-cı ilin bu günündə Azərbaycanda intibah dövrünün ilk qadın şairi, dahi rübai ustası, ilk şahmatçı qadın, N.Gəncəvinin müasiri Məhsəti Gəncəvi anadan olub.

2. 13 may 1929-cu ildə Azərbaycan şairi, tərcüməçi, Əməkdar İncəsənət Xadimi Hikmət Ziya dünyaya gəlib (1929-1995).

3. 1943-ci ilin bu günündə Azərbaycanın Xalq Yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, ictimai xadim, professor Elçin Əfəndiyev anadan olub.

4. Bu gün dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Qara Qarayevin anım günüdür. O 1982-ci ilin may ayının 13 –də 64 yaşında dünyasını dəyişib.

5. 13 may 1809-cu ildə Azərbaycan poeziyasının tanınmış simalarından biri Molla Vəli Vidadi vəfat edib. 

6. Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyev 13 may 1985-ci ildə doğulub.

Zərintac Mayisqızı
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
23
missiya.az

10Mənbələr