AZ

İrəvanın mərkəzində vətəndaş itaətsizliyi aksiyaları başlayıb - VİDEO

İrəvanın mərkəzində vətəndaş itaətsizliyi aksiyası başlayıb. “Vətən uğrunda Tavuş” hərəkatının fəalları və tərəfdarları Abovyan küçəsini zibil qutuları və skamyalarla bağlayıblar.

İştirakçılar əsas magistraldan - Myasnikyan prospektindən, həmçinin Abovyan və Teryanın mərkəzi küçələrindən küçələri bağlamağa başlayıblar. Hanrapetutyan küçəsi, Tiqran Mets prospekti, Azatutyan prospekti, Tbilisi şosesi, Nalbandyan küçəsi bağlanıb. Myasnikyan prospektində isə polis həbslərə başlayıb.

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Dünən axşam isə hərəkat İrəvanda genişmiqyaslı mitinq keçirib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
210
10
news365.az

7Mənbələr