AZ

Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən Astarada tibbi aksiya keçirilib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən 10-11 may 2024-cü il tarixlərində Astara rayon sakinləri üçün tibbi aksiya keçirildi.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, aksiya çərçivəsində 115 nəfər müayinə olunub.

 

Tibbi aksiyanın keçirilməsində əsas məqsəd pasientlərin sağlamlıqları ilə bağlı olan problemlərin aşkar edilməsi və həll olunmasına kömək göstərməkdir. Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir.

 

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri, Əzizi Hikmət və Güllərov Orxan tərəfindən həyata keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
1
aztibb.az

2Mənbələr