AZ

"Sumqayıt" 2-ci pilləyə yüksəldi

Bu gün Misli Premyer Liqasında 34-cü tura yekun vurulub.

QOL.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.

Əvvəlcə mövsümü sonuncu pillədə başa vuracağı dəqiqləşən "Qəbələ" 4-cü yerdəki "Sabah"ı qəbul edib. Qonaqlar bu oyunda qələbə qazanmaqla 2-ci pilləyə yüksələ bilərdi. Matçın favoriti "Sabah" hesab olunsa da, "Qəbələ" 2:0 hesablı qələbə qazanıb. Bu, "Qəbələ"nin ardıcıl 2-ci qələbəsi olub. Kaxaber Sxadadzenin komandası ötən tur "Səbail"ə qalib gəlmişdi - 3:2.

Bu oyuna qədər 5-ci yerdə olan "Sumqayıt" isə avrokuboklara vəsiqə qazanmaq şansını itirən "Səbail"lə üz-üzə gəlib. Oyun "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xallarını 54-ə çatdıran Samir Abasovun komandası 2-ci pilləyə yüksəlib.

12 may (bazar)

19:30. “Sumqayıt” – “Səbail” - 2:1

Qollar: Kasimir Ninqa, 41-pen.(1:0), 45 (2:0), Aleksandr Ramalinqom, 90+4 (2:1)
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:00. “Qəbələ” – “Sabah” - 2:0 

Qollar: Əyyub Allaş, 33, Klesio Bauk, 45+2

Qırmızı vərəqə: Davit Volkov, 65 ("Sabah")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

10 may

"Neftçi" – "Kəpəz" - 5:1 

11 may (şənbə)

“Zirə” – “Qarabağ” - 0:1

“Araz-Naxçıvan” – “Turan Tovuz” - 0:1

N    Klublar    O    Q    H    M    T-F    X
1    Qarabağ    34    25    4    5    91-32    79
2    Sumqayıt    34    14    12    8    36-36    54
3    Neftçi    34    15    8    11    48-39    53
4    Zirə    34    14    10    10    31-22    52
5    Sabah    34    15    7    12    47-40    52
6    Turan Tovuz    34    12    9    13    49-49    45
7    Səbail    34    11    9    14    50-56    42
8    Kəpəz    34    9    8    17    39-65    35
9    Araz-Naxçıvan    34    9    8    17    29-46    35
10    Qəbələ    34    6    5    23    28-63    23
Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 18 qol
Aleksandr Ramalinqom ("Səbail") - 14 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 12 qol























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
305
49
525.az

10Mənbələr