AZ

Nigeriyada güclü daşqın xəbərdarlığı edilib

Nigeriyada sinoptiklər ölkənin 36 əyalətindən 31-də güclü daşqın təhlükəsi barədə xəbərdarlıq ediblər.

Bu barədə "Vanguard" qəzeti məlumat yayıb.

Proqnozlara görə, Nigeriyada bu il güclü yağış və daşqınlardan ümumilikdə 35 milyon insan ziyan çəkə bilər.

Fəlakət 19 milyon hektar ərazini cənginə ala bilər. Daşqınların Kano, Koqi, Laqos, Rivers və Bayelsa da daxil olmaqla 10 ştatı əhatə edəcəyi ehtimal edilir.

Səlahiyyətlilərə fəlakətin mümkün zərərini minimuma endirmək üçün dərhal qabaqlayıcı tədbirlər görmələri tövsiyə olunur.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
7

1Mənbələr

Şərh ()
Bağla