AZ

Blinken: “ABŞ və Avropa Ukraynanı silahla təmin etmək üçün əlindən gələni edir”

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton və onun avropalı tərəfdaşları Ukraynaya silah tədarük etmək üçün əlindən gələni edir.

Yenicag.az xəbər verir ki, Blinken bunu “CBS” telekanalına müsahibəsində deyib.

“Biz bu yardımı göndərmək üçün əlimizdən gələni edirik. Bunu avropalılar da edirlər”, – dövlət katibi qeyd edib.

Xatırladaq ki, qısa müddət öncə Vaşinqton Kiyevə 400 milyon dollar dəyərində yeni hərbi yardım verəcəyini açıqlamışdı./Apa/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
6
yenicag.az

10Mənbələr