AZ

Gürcüstanın Baş naziri: Müxalifət sabaha iğtişaşlar hazırlayır

Gürcüstan hakimiyyəti mayın 13-14-də “Xarici agentlər haqqında” qanun layihəsinə üçüncü oxunuşa baxılan zaman Tbilisidə parlament binası yaxınlığında radikal qrupların iğtişaşlar təşkil etmək planları barədə məlumatlara malikdir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

 

“Bizdə etibarlı məlumat var ki, radikal müxalifətin təşkil etdiyi və xaricdən maliyyələşən gənclər qrupları sabah və o biri gün Gürcüstan parlamentinə və polisə qarşı zorakılıq aksiyaları planlaşdırır”, - Kobaxidze bildirib.

 

Kobaxidze müxalifətə xəbərdarlıq edib ki, zorakılığa görə hər kəs qanun çərçivəsində cavab verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
6
senzor.az

7Mənbələr