AZ

Azərbaycan dili imtahanının nəticələri nə vaxt məlum olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib.

"Tehsil.biz"in məlumatına görə, sabahdan etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin iki həftə ərzində elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

Xatırladaq ki, Azərbaycan dili imtahanının ikinci cəhdi iyunun 30-da keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyat 5 - 10 iyun tarixlərində olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
236
3
tehsil.biz

10Mənbələr