AZ

Qahirə: Misir-İsrail sülh müqaviləsi regionda sülhün əsasıdır

Misir və İsrail arasında sülh sazişi strateji qərardır və Yaxın Şərqdə sülh və təhlükəsizliyin qorunması üçün əsasdır. 

"Operativ Media" xəbər verir ki, bu açıqlama ilə Misir Xarici İşlər Nazirliyinin rəhbəri Sameh Şukri çıxış edib.

"Misir və İsrail arasında sülh müqaviləsi Qahirənin 40 ildən çox əvvəl qəbul etdiyi və regionda təhlükəsizliyin və sülhün qorunması üçün əsas olan strateji qərardır", - XİN rəhbəri deyib.

Misir və İsrail arasında ilkin sülh sazişi 1978-ci ildə Kemp Deviddə (Meriland, ABŞ) əldə edilib. 1979-cu ildə Kemp Devid razılaşmasına əsaslanaraq tərəflər ABŞ-nin himayəsi altında sülh müqaviləsi bağlayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
5
operativmedia.az

4Mənbələr