AZ

Rəsmi Bakı iki ölkəyə başsağlığı verdi

Azərbaycan Braziliyaya başsağlığı verib.

Turkustan.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi X səhifəsində paylaşım edib.

“Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik”, – paylaşımda deyilir.

***

Azərbaycanın Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.

Turkustan.az xəbər verir ki, bununla bağlı XİN-in X səhifəsindəki hesabında paylaşım edilib.

“Əfqanıstanda baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirdi. Bu fəlakətdə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”, – paylaşımda bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
41
turkustan.az

10Mənbələr