AZ

Rusiyada yaşayış binası raketlə vuruldu: Yaralananların sayı artıb — YENİLƏNİB (VİDEO)

Belqorodda çoxmərtəbəli binanın uçması nəticəsində azı 17 nəfər xəsarət alıb.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko danışıb.

O bildirib ki, yaralıların hamısı xəstəxanadadır.

Ölənlər barədə isə rəsmi məlumat verilməyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Belqorodun yaşayış məntəqələri “Toçka-U” taktiki raket kompleksi, “Vilxa” və RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemləri ilə hücuma məruz qalıb.//Oxu.az


14:10

Belqorodda hündürmərtəbəli yaşayış binasına raket zərbəsi endirilib.

Məlumata görə, hücum nəticəsində azı beş nəfər ölüb.

Bildirilib ki, 20-yə qədər insanın binanın uçmuş hissəsinin dağıntıları altında qaldığı ehtimal edilir.

Hadisə yerində xilasedicilər və hərbçilər işləyirlər. Qonşu blokların da uçmaq təhlükəsi olduğundan, sakinlər təxliyə edilirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
1
demokrat.az

10Mənbələr