AZ

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Zəngəzur vilayətindəki keçid məntəqələrini bağlamağa başlayıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat verib.

Qeyd edək ki, Rusiya sərhədçiləri 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında bu ərazidə məskunlaşıblar.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması iki ölkə liderlərinin Moskvada keçirilən görüşündə razılaşdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
289
22
milli.az

10Mənbələr