AZ

Maqnit qasırğaları İlon Maska da ZİYAN VURDU

Xəbər verdiyimiz kimi, şənbə gecəsi Yer son iyirmi ilin ən böyük geomaqnit qasırğası ilə üzləşib.

 

Sfera.az xəbər verir ki, günəş aktivliyi hətta amerikalı milyarder İlon Maska məxsus “Starlink” peyklərinə də təsir edib.

 

“SpaceX” xidmət keyfiyyətinin pisləşməsi barədə xəbərdarlıq edib.

 

“Starlink” Yer ətrafında dövr edən təxminən 7500 peykin təxminən 60%-nə sahibdir.

 

Qeyd edək ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyası maqnit qasırğasının 2003-cü ilin oktyabrından bəri ən böyük qasırğa olduğunu və ehtimal ki, həftə sonu davam edəcəyini, digər xidmətlər arasında naviqasiya sistemləri, elektrik şəbəkələri və peyk naviqasiyası üçün risk yaradacağını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
268
50
sfera.az

10Mənbələr