AZ

İran qazını Türkiyə vasitəsi ilə Şərqi Avropaya tranzit etmək mümkündür – İran XİN rəsmisi

Bakı. Trend:

İran qazını Türkiyə vasitəsi ilə Şərqi Avropa ölkələrinə tranzitetmək mümkündür.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər NazirliyininAralıq dənizi və Şərqi Avropa ölkələri üzrə idarəsinin başdirektoru Mahmud Heydəri 23-cü Beynəlxalq Neft, Qaz, Emal vəNeft-Kimya Sərgisində deyib.

Onun sözlərinə görə, Türkiyə İrandan əlavə qaz almaqdamaraqlıdır. Bundan əlavə də bu ölkənin qaz tranziti üzrə böyükimkanları var.

“Şərqi Avropa ölkələri əsasən qaz istehlakçılarıdır. İran dadünyanın neft və qaz rezervuarlarına sahib əsas ölkələrindənbiridir və bu ölkələrin qaz təminatında yaxından iştirak edə bilər.Əlbəttə bu ölkələrin siyasi iradəsi ilə İran əleyhinə tətbiq olunansanksiyalarla əlaqədar məsələlər aradan qaldırılmalıdır”, - deyə oqeyd edib.

Qeyd edək ki, 8 mayda Tehranda 4 günlük 23-cü Beynəlxalq Neft,Qaz, Emal və Neft-Kimya sərgisi işə başlayıb. Sərgidə 1,7 min yerlişirkət və 250 əcnəbi şirkət iştirak edib.

Əlavə edək ki, İran təxminən 34 trilyon kubmetr qaz ehtiyatı ilədünyada qaz ehtiyatına sahib 2-ci ölkə hesab olunur. İranda hazırda22 qaz yatağı aktivdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
az.trend.az

1Mənbələr