AZ

Britaniya Gürcüstanı tənqid edib

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib ki, Gürcüstandakı xarici agentlər haqqında qanun layihəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdırır.

 

Oxu24.com  xəbər  verir  ki, "Biz gürcü xalqını fəal şəkildə dəstəkləyirik. Bu qanun layihəsinin yanlış olduğunu açıq şəkildə bildirdik. Əslində, dünyanın bir çox ölkələri oxşar qanunlar qəbul edir, vətəndaş cəmiyyətini məhdudlaşdırmağa çalışır və onların etdikləri istənilən xarici qeyri-hökumət və xeyriyyə təşkilatlarına qarşı çıxırlar”, – deyə  o, Sky News-a müsahibəsində  bildirib.

 

Onun fikrincə, bu, avtoritar rejimlərə xas olan qlobal problemdir.

 

Mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.

 

Prezident Salome Zurabişvili, müxalifət və Qərb diplomatları onun əleyhinə çıxış ediblər. ABŞ Dövlət Departamenti bildirib ki, qanun layihəsinin məqsədi Gürcüstanın canlı vətəndaş cəmiyyətini sarsıtmaqdır.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
50
oxu24.com

10Mənbələr