AZ

“Real” 36 il öncəki klub rekordunu təkrarladı

İspaniya La Liqasının 35-ci turunda “Qranada” üzərində 4:0 hesablı səfər qələbəsi “Real” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu “quru” hesablı qələbə sayəsində Madrid təmsilçisi İspaniya çempionatları tarixində 3-cü dəfə bir mövsüm ərzində 19 “quru” oyun keçirmiş olub.

Bu 19 oyunun 10-da “Real”ın qapısını ukraynalı qapıçı Andrey Lunin, 7-də “Çelsi”dən cari mövsümün sonuna qədər icarəyə götürülmüş ispan qapıçı Kepa Arrisabalaqa, 2-də isə mövsümün böyük hissəsini zədəli olaraq keçirmiş belçikalı qapıçı Tibo Kurtua qoruyub.

Xatırladaq ki, İspaniya nəhəngi ardıcıl iki mövsümdə La Liqada 19 “quru” oyun keçirib: 1986/1987-ci və 1987/1988-ci illər mövsümlərində. Beləliklə, cari nailiyyəti ilə “Real” 36 il əvvəlki klub rekordunu təkrarlamış olub.

Göründüyü kimi, “kral klubu”nun öz müvafiq nailiyyətini mütləq rekorda çevirməsi üçün qarşıda üç oyunu var. Bunun üçün “qaymaqlılar”a “Alaves”, “Vilyarreal” və “Betis”lə oyunlarının birində qapısının toxunulmazlığını təmin etməsi kifayətdir.

35 oyundan 90 xalla “Real” La Liqanın yarış cədvəlinin əlçatmaz zirvəsində qərarlaşıb. Ötən, 34-cü turda İspaniya çempionluğunu rəsmiləşdirmiş Madrid təmsilçisi ən yaxın izləyicisi “Jirona”nı (75 xal) 15 xal qabaqlayır. La Liqanın cari mövsümündə Karlo Ançelottinin komandası 28 qələbə qazanıb, 6 heç-heçə edib, cəmi 1 oyunda məğlub olub. “Qaymaqlılar”ın top fərqi 78:22 nisbətindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
50
arena.az

10Mənbələr