AZ

Cəlal Hüseynov “Botev” üzərində əzmkar qələbəyə sevindi

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 2023/2024 mövsümünün 33-cü turu çərçivəsində baş tutan Plovdiv “Botev”i ilə oyunun iştirakçısı olub.

“Arda” doğma meydanda baş tutan bu qarşılaşmadan əzmkar qələbə ilə ayrılıb – 2:1. Qarşılaşmada hesabı 32-ci dəqiqədə qonaqlar açıblar. Amma meydan sahibləri 64-cü və 85-ci dəqiqələrdə vurduqları qollarla qələbəyə seviniblər.

Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub. Məşqçilər heyəti mərkəz müdafiəçisi olan Cəlalın xidmətindən bu qarşılaşmada dayaq yarımmüdafiəçisi kimi istifadə ediblər.

“Arda” bu qələbədən sonra Avropa Konfrans Liqasına vəsiqə uğrunda qrupda 41 xalla 3-cü, 16 iştirakçı arasında isə 9-cu pillədə qərarlaşıb. Cəlalın komandası Avropa Konfrans Liqasına vəsiqə qazanmaq üçün dörd iştirakçıdan ibarət bu qrupda birinci (7-ci) yeri tutmalıdır.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 31 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
5
arena.az

6Mənbələr