AZ

Bölgələrdə istirahət etmək istəyənlərin diqqətinə: Oğuzdakı bu şəlalə... - FOTO/VİDEO

Həfrəsonu istirahətini təbiət qoynunda keçirmək istəyənlərin yəqin çoxu Oğuzdakı bu şəlalədən xəbərsizdir.

“Oğuz şəhərindən dağlara istiqamət alıb gözəl təbiət qoynunda dincəlmək istəyənlər üçün əsl cənnət-məkan bir yer varsa, o da Quruçay şəlaləsi və onun ətrafındakı meşəlikdir”.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şahdağ Milli Parkının əməkdaşı Niyazi Kərimov məlumat verib.

“Maşın yolundan sonra bir az piyada gəzmək, təbiətin əsrarəngiz mənzərəsini seyr etmək, quşların səsini, ətrafdan axan çayın şırıltısını dinləmək ruha qidadır” deyən Niyazi müəllim sözlərinə onu da əlavə edir ki, bu gözəlliklər içində 1500 metrlik bu məsafəni addımladıqca insana o qədər qısa gəlir.

Və beləcə gəlib dediyimiz Quruçay şəlaləsinə çatırıq. Sanki başqa bir dünyaya düşür, başqa bir ahənglə qarşılarırsan.
Öyrənirik ki, Şahdağ Milli Parkının Oğuz rayonu ərazisində yerləşən möhtəşəm Quruçay şəlaləsi iki pillədən ibarətdir. Birinci pilləsi təxminən 25-30, ikinci isə 15-20 metirdir. Şəlaləyə getmək üçün turist marşrutu mövcuddur. Marşrut xətti üzərində turistlərin rahat hərəkət edə bilmələri üçün Milli Park əməkdaşları tərəfindən əraziyə istiqamət göstərən və qadağanedici lövhələr yeləşdirilib. Kanyon olan yerlərə nərdivanlar hazırlanaraq qoyulub.

Ən başlıcası isə kamp ərazisi və piknik yerləri yaradılıb. Burda ancaq özün öz əlinlə, özünə xidmət etməli, təbiətin dadını çıxartdığın kimi yeməklərin də dadını öz əlindən dadmalısan.
Bir sözlə, Oğuz şəhərindən dağlara yol alın, cəmi 1.5 km piyada yürüş edin və bu günə kimi yaşamadığınız, görmədiyiniz təbiət mənzərələrinin şahidi olun ki, həm həftəsonu istirahətiniz mənalı keçsin, həm də yeni iş həftənizə bol enerji ilə başlayasınız.
 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
4
bizim.media

6Mənbələr