AZ

Tramp ABŞ-da prezident seçkilərində qalib gələrsə, ilk olaraq nə edəcəyini bildirib

Qarşıdan gələn prezident seçkilərində qalib gələrəmsə, ilk olaraq ölkənin cənub sərhədini bağlayacağam və Meksikadan gələn miqrant axınını dayandıracağam.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş lideri Donald Tramp Nyu-Cersidə keçirilən mitinqdə bildirib.

“Yeni administrasiyamın ilk günündə bu işğala son qoyaraq cənub sərhədini bağlayacağam”, - deyə o vurğulayıb.

Siyasətçi, həmçinin ABŞ Prezidenti Cozef Baydenin “müttəfiqləri” adlandırdığı qeyri-qanuni mühacirləri evlərinə - aid olduqları yerə göndərəcəyini vəd edib.

Respublikaçıya görə, Ağ evə qayıtdıqdan sonra Birləşmiş Ştatlar Amerika tarixində ən böyük deportasiya əməliyyatına başlayacaq.

 

© azertac

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
8
fins.az

8Mənbələr