AZ

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Azərbaycan Dövlət Yuğ Teatrında türk dramaturq Toyğun Orbayın eyniadlı pyesi əsasında hazırlanmış “21:15 qatarı” tamaşasının premyerası olub.

SİA xəbər verir ki, ekzistensial oyun janrında nümayiş olunmuş səhnə əsərində Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Fərhad İsrafilov və Gülzar Qurbanova çıxış edib. Səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev və rejissor assistenti Günel Səfərovadır.

“21:15 qatarı”nın növbəti premyerası mayın 12-də olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
4
sia.az

7Mənbələr