AZ

Mariya Stadnik Paris-2024-ə lisenziya qazandı - YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 35 yaşlı idmançı Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində lisenziya uğrunda görüşdə italiyalı Emmanuela Liuççi ilə qarşılaşıb. Rəqibini məğlub edən (10:0) M.Stadnik Paris-2024-ə vəsiqə əldə edib.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) yarışın ilk günündə lisenziyaya sahib çıxıblar.

***11:17

Bu gün Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində qadın güləşçilərin mübarizəsi başa çatacaq.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi Mariya Stadnik (50 kq) Paris 2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazana bilməsi üçün mütləq qələbə qazanmalıdır.

Ötən gün yarımfinalda məğlub olan 35 yaşlı güləşçi, bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) ilk yarış günündə lisenziyaya sahib çıxıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
368
23
bakivaxti.az

10Mənbələr