AZ

Böyük Britaniyadan Ukraynaya görünməmiş YARDIM

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Böyük Britaniya Ukraynaya indiyədək olan ən böyük hərbi yardım paketini təqdim edir.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Böyük Britaniya 500 milyon funt sterlinq hərbi maliyyə vəsaiti ilə yanaşı, həyati əhəmiyyət daşıyan bu sursat və avadanlıqları da verir: 4 milyon patron, 1600-dən çox raket, 400 nəqliyyat vasitəsi, o cümlədən 160 “Husky” avtomobili.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynanın Böyük Britaniyadan 500 milyon funt sterlinq əlavə hərbi maliyyə alacağını açıqlamışdı. Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Devid Kemeronla görüşündə belə bir təşəbbüsə görə təşəkkür edib.

Qeyd edək ki, 2 gün əvvəldən Rusiyanın Xarkov istiqamətində böyük hücumu başlayıb. Rusiya qüvvələri Xarkov vilayətinin 5 kəndini ələ keçirdiklərini elan ediblər.

Seçilən
252
2
1

1Mənbələr

Şərh ()
Bağla