AZ

Azərbaycan Premyer Liqası: “Qarabağ“ “Zirə“yə qalib gəlib

Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir görüşü keçirilib.

Günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edib.

Zirə Olimpiya Komleksinin stadionunda baş tutan matçda qonaqlar minimal hesabla qalib gəliblər - 1:0.

Yeganə qolu 34-cü dəqiqədə penaltidən Olavio Juninyo vurub. "Qarabağ" 79 xalla birinci, "Zirə" 52 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ilk oyununda "Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.

Qeyd edək ki, turun son iki görüşü mayın 12-də keçiriləcək.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
252
36
news365.az

10Mənbələr