AZ

Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb - RƏSMİ - YENİLƏNİB

Adətən güclü və hiss olunan təkanlardan sonra afterşoklar qeydə alınır. Lənkəranda bu gün qeydə alınan əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb.

Avtosfer.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd olunub ki, hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən monitorinq davam etdirilir: “Zəlzələ baş verən və hiss olunan ərazilərimizdəki vətəndaşlarımızdan təmkinli olmağı və rəsmi məlumatlara istinad etmələrini xahiş edirik”.

***

18:53

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu mayın 11-də Azərbaycanın cənub bölgəsində baş vermiş zəlzələ ilə bağlı yeni məlumat açıqlayıb.

Məlumatda bildirilib ki, ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 3-5 bala qədər hiss olunub.

***

17:32

Talış dağlıq zonasında 5.2 maqnitudalı zəlzələ qeydə alınıb.

BAKU.WS xəbər verir ki, ZəlzələlərinTədqiqatı Bürosu məlumat yayıb.

İlkin məlumata görə, zəlzələ yerli vaxtla 17:23 radələrində olub.

Yeraltı təkanlar 18km dərinlikdə qeydə alınıb.

Zəlzələ hiss olunub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
314
50
avtosfer.az

10Mənbələr