AZ

Vanda dörd ay qarın altında qalan mikroavtobusun çıxarılmasının görüntüləri - VİDEO

Türkiyədə uçqun nəticəsində dörd ay qarın altında qalan mikroavtobus səkkiz saatlıq işdən sonra çıxarılıb.
 
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
 
Bildirilib ki, kran və traktorun köməyi ilə çıxarılan nəqliyyat vasitəsi sahibinə təhvil veriləcək.
 
Qeyd edək ki, ötən il dekabrın 22-də Van-Bahçesaray avtomobil yolunda qar uçqunu baş verib. Bu səbəbdən insanlar nəqliyyat vasitələrini yolda qoyub getməli olublar. Gecə saatlarında daha bir uçqun olub və yolda sahibsiz qalan mikroavtobusun üzərinə düşüb. Nəqliyyat vasitəsi yoldan təxminən 100 metrlik uçuruma sürüklənib. Havalar isindikdən sonra isə qarların əriməsi ilə yenidən üzə çıxıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
9
moderator.az

10Mənbələr