AZ

İsrail ordusu: Rafahda genişmiqyaslı əməliyyat planında qərarlıyıq

İsrail Rafahda genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığı üçün dinc sakinlərdən ərazini boşaltmağı tələb edib.

APA-nın “Times of Israel”ə istinadən xəbərinə görə, hökumət ABŞ-nin xəbərdarlığına baxmayaraq, sözü gedən hərbi hərəkatı davam etdirməkdə qərarlı olduğunu və bu çərçivədə istənilən tədbirin dinc əhaliyə yönəlmədiyini bildirib.

İsrail ordusunun rəsmiləri bildirib ki, onların əlində HAMAS rəsmilərinin ərazidə möhkəmləndiyi ilə bağlı əməliyyat məlumatı var.

O da qeyd olunub ki, təxliyə prosesi 150 min nəfərədək insanı əhatə edəcək.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
7
cebheinfo.az

8Mənbələr