AZ

Müddətli həqiqi hərbi xidmət bərpa oluna bilər

Almaniyada müddətli həqiqi hərbi xidmət bərpa oluna bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Welt am Sonntag” nəşri məlumat yayıb. Bildirilib ki, müdafiə naziri Boris Pistorius iyunun əvvəlində bu məsələyə dair təklifləri hökumətə təqdim edəcək.

Onların arasında kişi vətəndaşlar üçün hərbi xidmətin məcburi, qadınlar üçün isə könüllü olması da yer alıb. Bunun üçün 18 yaşından yuxarı bütün kişilər və qadınlar müvafiq elektron anketi doldurmalıdırılar.

Qeyd edək ki, nəzərdən keçirilən variantlar arasında alternativ həqiqi hərbi xidmət də var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
3
konkret.az

4Mənbələr