AZ

Luka Modriç mövsümün sonu “Real”dan ayrılacaq

İspaniyanın “Real” (Madrid) klubunun üzvü Luka Modriç cari mövsümün sonu komandadan ayrılacaq.

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu karyerasını hansı klubda davam etdirəcəyi barədə qərar verməyib.

Onun gedişindən sonra 10 nömrəli formanın Kilian Mbappeyə veriləcəyi gözlənilir.

Qeyd edək ki, L.Modriç 2012-ci ildən Madrid təmsilçisində çıxış edir. O, bu illər ərzində 4 dəfə ölkə, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
214
19
interpress.az

10Mənbələr