AZ

İngiltərə Premyer Liqası: “Mançester Siti” liderliyi ələ keçirdi - VİDEO

İngiltərə Premyer Liqasında 37-ci tura start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə “Mançester Siti”ni qəbul edən “Fulhem” 13-cü dəqiqədə hesabda geri düşüb -1:0. Yoşko Qvardiol komandasını qələbəyə ruhlandırıb. 53-cü dəqiqədə Fil Foden fərqi artırıb - 2:0. 71-ci dəqiqədə səhnəyə yenidən çıxan Yoşko Qvardiol dubl müəllifi olub - 3:0. Görüşdə son nöqtəni əsas vaxta artırılmış 6-cı dəqiqədə Xulian Alvarez qoyub - 4:0.

Qeyd edək ki, aktivində 85 xal olan “Mançester Siti” liderliyə yüksəlib. “Fulhem” 44 xalla 13-cüdür.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
261
22
oxu.az

10Mənbələr