AZ

Kobaxidze: "Gürcüstanın Aİ-yə üzv olması bizim üçün prioritetdir"

Gürcüstanın Avropa İttifaqına (Aİ) üzv olması onlar üçün xarici siyasətdə prioritetdir.

"Operativ Media" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Təbii ki, yolumuz yalnız Avropa İttifaqından keçir və xarici siyasətdə əsas prioritetimiz Avropa İttifaqına üzvlükdir. Gürcüstanın Avropa İttifaqına üzv olması üçün hər şey edilir”, - o bildirib.

Kobaxidze Gürcüstanın Aİ dəyərlərinin daha da möhkəmlənməsinə və inkişafına böyük töhfə verəcəyinə inandığını vurğulayıb.

Kobaxidzenin sözlərinə görə, demokratiya, qanunun aliliyi və iqtisadi inkişaf kimi məsələlərdə Gürcüstan Aİ-yə namizəd ölkələr arasında liderdir.

“İnanıram ki, Gürcüstan yaxın gələcəkdə, ən geci 2030-cu ildə Avropa Birliyinə mütləq üzv olacaq”, - baş nazir qeyd edib.

Qeyd edək ki, Gürcüstan 2022-ci ildə Aİ-yə sürətli üzvlük üçün müraciət edib. Aİ 2023-cü ildə Gürcüstana "namizəd" statusu verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
2
operativmedia.az

10Mənbələr