AZ

Qəzza ilə bağlı çağırış edildi: Yeganə çıxış yolu...

Fransa İsraili Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatı mümkün qədər tez dayandırmağa və Fələstin-İsrail münaqişəsinin həlli üçün danışıqlar yoluna çıxmağa çağırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində yerləşdirilmiş mesajında ​​deyilir.

"Biz İsrail hakimiyyətini bu hərbi əməliyyatı dərhal dayandırmağa və danışıqlar yoluna qayıtmağa çağırırıq", - Fransa Xarici İşlər Nazirliyi bildirib.

Qeyd olunur ki, danışıqlar döyüş əməliyyatlarından yeganə etibarlı çıxış yolu, eləcə də girovların azad edilməsidir.


Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
teleqraf.com

1Mənbələr